AZ

Pezeşkiyan: Heç kim İranı diz çökdürə bilməz

Ajans.az xəbər verir ki, O, cümə axşamı Zəncan şəhərində keçirilən mərasimdə çıxış edərkən iyun ayında İsrail-ABŞ tərəfindən İslam Respublikasına qarşı 12 günlük təcavüz aktları zamanı İran xalqının, polisinin, təhlükəsizlik qüvvələrinin və raket alimlərinin “şərəfli” və güclü müdafiəsini yüksək qiymətləndirib. Pezeşkiyan, həmçinin İran Silahlı Qüvvələrinin – Ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) – məcburi müharibə zamanı göstərdiyi böyük səylərə görə təşəkkür edib. “Bütün düşmən təhdidlərinə və təzyiqlərinə baxmayaraq, bu qüvvələr… Dəmir Qübbə ilə təchiz olunmuş sionist rejimi və qabaqcıl hərbi texnologiyaya sahib ABŞ-ı məğlub edib, onları raketlərlə hədəfə aldı,” – deyə prezident vurğulayıb.

Pezeşkiyan əlavə edib ki, İran xalqı və Silahlı Qüvvələr ağır sanksiyalara baxmayaraq milli suverenliyi müdafiə etdilər.

Seçilən
4
Ajans.az

1Mənbələr