AZ

Qonsalo Qarsiya: “Zirə” sürətlidir və yaxşı futbol oynayır”

“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya Konfrans Liqasının 2-ci təsnfat mərhələsində “Zirə” ilə cavab oyunundan gözləntisini bölüşüb.

Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşmış Azərbaycan və Xorvatiya komandaları bu gün Split şəhərində cavab görüşündə üz-üzə gələcəklər.

Qonsalo Qarsiya matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Cavab oyununda qələbə qazanmaq üçün meydanda 100 faiz gücümüzü qoyacağıq. Əvvəlki mövsümlərlə müqayisədə irəliləyişə çalışırıq. İlk matçda oyunun axarını əlimizdə saxlayırdıq, hər şeyi nəzarətdə tuturduq. Əsas oyun fəlsəfəmiz eyni qalır: topa nəzarət, hücum və oyunumuzda davamlı inkişaf.

Biz nə edəcəyimizi bilirik. Öz yolumuzla gedirik və komanda olaraq harada olmaq istədiyimizi anlayırıq. Bəzən azarkeşlər nəticədən razı olmaya bilərlər, amma bu, oyun sisteminin qurulması prosesidir. Qarşı tərəf sürətlidir və yaxşı futbol oynayır. Biz diqqətli və səbirli olmalıyıq. Hədəfimizə çatmaq üçün yolumuz hələ uzundur. Amma nədənsə başlamaq lazımdır. Mən xoşbəxtəm. Bəli, bəzən risk edirik, amma bu da komanda quruculuğunun bir hissəsidir.

Biz bütün oyun boyu hücum etmək istəyirik. Rəqibin orta sahəsində yüksək pressinq tətbiq etmək niyyətindəyik. Bu, bizim hər oyunda əsas planımızdır. Heç vaxt hesablamalara getmirəm. Hər oyuna qələbə üçün çıxıram”, deyə Qonsalo Qarsiya bildirib.

Seçilən
5
arena.az

1Mənbələr