AZ

ABŞ Cənubi Koreyadan idxala 15 faiz rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan məhsullara 15 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.

AzPost xəbər verir ki, bu qərar Vaşinqtonda Cənubi Koreya rəsmiləri ilə keçirilən görüşdən sonra elan edilib və daha yüksək tariflərin qarşısını alan yeni ticarət razılaşmasının bir hissəsidir.

Trampın sözlərinə görə, bu razılaşma həm ABŞ iqtisadiyyatını qoruyur, həm də Koreya ilə ticarət münasibətlərini balanslaşdırır. O, bu addımı “ədalətli və qarşılıqlı faydalı” adlandırıb.

Cənubi Koreya prezidenti Li Cae Myun isə razılaşmanı müsbət dəyərləndirib. O bildirib ki, ölkəsi bu saziş nəticəsində digər dövlətlərlə müqayisədə bərabər, hətta üstün ticarət şəraitinə malik olacaq.

Razılaşma avqustun 1-nə qədər elan ediləcəyi vədi ilə Tramp administrasiyasının ticarət strategiyası çərçivəsində təqdim olunan bir sıra iqtisadi qərarlardan biridir.

Yeni rüsumların hansı məhsullara şamil olunacağı hələ dəqiqləşdirilməyib. ABŞ Ticarət Nazirliyi yaxın günlərdə bununla bağlı detallı siyahını açıqlayacağını bildirib.

AzPost.az

Seçilən
30
azpost.info

1Mənbələr