“Beşiktaş”ın futbolçusu karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Semih Kılıçsoydan gedir. O, İtaliyanın “Kalyari” klubu ilə razılığa gəlib.
Tərəflər yaxın günlərdə rəsmi müqavilə bağlayacaq.
Kılıçsoy ötən mövsüm “Beşiktaş”da 32 oyun keçirib və 3 qol vurub.