"Google Maps"-in Azərbaycanın qərb rayonları ilə Naxçıva arasında nəqliyyat yolları ilə bağlı dəyişiklik etməsi təsadüfi deyil
“Google Maps” xəritə tətbiqetməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yolları ilə bağlı dəyişiklik edilib.
Tətbiqdə Mehri üzərindən keçən yol açıq görünür.
Tətbiqdə göstərilən yol Zəngəzur dəhlizinin marşrutuna uyğun gəlir.
Politoloq Tural İrfan Sherg.az-a söyləyib ki, Zəngəzur dəhlizinin açılması labüddür və qaçılmazdır:

"Böyük əhəmiyyətə malik olan bu marşrutun işə salınması ilə əlaqədar müzakirələr aparılır və nəticənin olacağı da inandırıcıdır. Bu xəttin açılmasında Azərbaycanla yanaşı Türkiyə, Ermənistan və digər ölkələr də maraqlıdır. Orta Asiya ölkələri habelə ABŞ-ı və Çinin özü də bu dəhliz vasitəsi ilə iqtisadi, ticari mübadilə aparmağı düşünür. Süni maneələr isə əsassızdır. Üstəlik, qlobal güclər də artıq dəhlizin açılmasında maraqlıdırlar. Odur ki, "Google Maps"in Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat yolları ilə bağlı dəyişiklik etməsi təsadüfi deyil və ciddi başlanğıcdır. Tətbiqdə göstərilən yolun Zəngəzur dəhlizi marşrutuna uyğun olaraq Mehri üzərindən keçməsi sözü gedən məsələnin həllinə uyğun aparılan işlərin tərkibi kimi qiymətləndirilə bilər".