AZ

ABŞ və Hindistan kosmosa super peyk GÖNDƏRDİ

ABŞ və Hindistan təbii fəlakətlər barədə xəbərdarlıq edəcək super peyk kosmosa göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Dünən ABŞ və Hindistan tarixdə ilk dəfə olaraq Yer səthində ən kiçik dəyişiklikləri – istər buzlaqların hərəkətini, istərsə də sürüşməni bir santimetrdən az dəqiqliklə qeydə almağa qadir olan unikal peyki orbitə çıxarıblar.

Cihazın təbii fəlakətlər üçün erkən xəbərdarlıq sistemi kimi istifadə edilməsi planlaşdırılır.

Layihə ABŞ Kosmik Agentliyi NASA və Hindistan Kosmik Tədqiqatlar Təşkilatı ISRO arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Missiya NISAR – NASA-ISRO Synthetic Aperture Radar adlanır və iki ölkə arasında ən böyük birgə kosmik layihəyə çevrilib. Ümumi dəyəri təxminən 1,2 milyard dollardır.

Peyk Hindistan raketindən Benqal körfəzindəki adalardan birində buraxılıb və 747 kilometr yüksəklikdə orbitə çıxarılıb.

Orada zəlzələlər, eroziya və ya buzlaqların əriməsi nəticəsində yaranan ən kiçik dəyişiklikləri belə izləmək üçün hər 12 gündən bir Yer səthinin eyni sahələrini yenidən yoxlayacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr