AZ

“Bizə həzz verəcək” - “Araz-Naxçıvan”dakılara yol göstərdi

“Bakıdakı oyunun davamını gətirməliyik.

Aqressivliyi bir az da artırmaq şərti ilə”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Bruno Franko deyib.

Ötən həftə “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada təmsilçimiz “Aris”i 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.

Bu dəfəki görüş “Kleantis Vikelidis” stadionunda, yunan azarkeşlərin qarşısında keçiriləcək ki, bu fakt rəqib komanda üçün çox ciddi üstünlükdür.

Braziliyalı müdafiəçi Konfrans Liqasında III mərhələyə yüksəlməyin yolunu bildirib:

“Oyundan əvvəl, hətta oyun vaxtı ilk matçdakı hesabı unutmalıyıq. Elə fərz etməliyik ki, mərhələni keçmək bir matçdan ibarətdir və bunun üçün əlimizdən gələni etməliyik.

“Aris”ə hörmət edirik, güclü rəqibdir. Lakin biz Bakıdakı kimi oynasaq və mübarizə aparsaq, sevinən tərəf olacağıq.

Hər şey özümüzdən asılıdır. Hesab təxminim yoxdur.

Qalib gəlmək barədə düşünməli, bunun üçün hər şey etməliyik. Çoxsaylı azarkeşlərin qarşısında oynamaq isə bizə həzz verəcək”.

İyulun 31-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

HƏBİB

Seçilən
30
sportinfo.az

1Mənbələr