AZ

“Suriya müharibədən bezdi, sabitlik istəyir” – Dəməşqdən sülh mesajı

“Suriya

Suriyanın İsrailə qarşı aqressiv niyyətləri yoxdur, ölkə müharibədən yorulub. Bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib. Tədbir “Rossiya 24” telekanalında canlı yayımlanıb.Nazir qeyd edib ki, Dəməşq sabitliyə can atır:“Ölkəmizi yenidən qururuq, artıq on il davam edən müharibədən bezmişik. Suriyalıların birləşməsini istəyirik. Çoxsaylı qaçqınlarımız və müvəqqəti köçkünlərimiz var. Bizə sabitlik lazımdır,” – deyə Şeybani vurğulayıb.Sergey Lavrov isə bəyan edib ki, Rusiya hakimiyyəti Suriya Respublikasının münaqişədən sonrakı bərpa prosesində yardım göstərməyə hazırdır. O əlavə edib ki, Dəməşq həm ərəb dünyasında, həm də qlobal səviyyədə Moskvanın səmimi dostudur.Ulusum.az

Diqqət Çəkənlər

Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi

Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”

Dövlət Turizm Agentliyində 18,5 milyonluq pozuntu

Seçilən
29
ulusum.az

1Mənbələr