AZ

Xərçəngin erkən mərhələdə aşkarlanması məqsədilə tədqiqat aparılacaq

London, 31 iyul, AZƏRTAC

Qan analizi vasitəsilə 10 fərqli xərçəng növünü erkən mərhələdə aşkar etmək mümkün ola bilər.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyada bununla bağlı həyata keçirilən “Enlighten” layihəsi çərçivəsində tədqiqat aparılacaq.

Tədqiqata 1000 xəstənin cəlb edilməsi planlaşdırılır. Mütəxəssislər sınaq zamanı sidik kisəsi, döş, ağciyər, prostat, yumurtalıq, mədəaltı vəzi, qida borusu və böyrək şişləri olan xəstələrdən qan nümunələri götürəcəklər. Bundan əlavə, yoğun bağırsaq şişləri və dəri xərçəngi olan melanom xəstələri də sınağa cəlb ediləcəklər.

Alimlər bildirirlər ki, bu tədqiqat digərlərindən fərqlənəcək və xərçənglə bağlı daha erkən mərhələdə dəqiq diaqnoz qoymaq imkanına malik ola bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
25
5
azertag.az

6Mənbələr