
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer millinin hazırkı bir nömrəli futbolçusu Mark-Andre ter Ştegenlə “Barselona”da yaranmış problemli vəziyyətə görə Almaniya millisinə qayıda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzetinin jurnalisti Tobi Altşeffl məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2024-cü ilin avqustunda milli komandadan ayrıldığını açıqlayan Noyer Yulian Naqelsmann şəxsən bunu istədiyi təqdurdə, mili komandaya qayıdacağını istisna etməyib.
Altşefflin bildirdiyinə görə, 39 yaşlı münhenli qolkiper Ter Şteqenlə kataloniyalılar arasında yaranmış münaqişə səbəbindən geri qayıtmağı düşünür.