AZ

Yekaterinburqda həbs olunan azərbaycanlılarla bağlı YENİ QƏRAR

Rusiyada məhkəmə azərbaycanlıların həbsdə qalması barədə qərar verib. 


Referans xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əhliman Gənciyev və Bəkir Səfərovun həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.


Bundan əvvəl Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi təqsirləndirilən şəxslərin 19 oktyabra qədər həbsdə qalması barədə qərar çıxarmışdı. Həmyerlilərimzin vəkilləri bu qərardan apellyasiya şikayəti vermişdi. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburqda azərbaycanlıların evlərində reydlər keçirib. Əməliyyat zamanı iki azərbaycanlı vəhşicəsinə öldürülüb, bir neçə nəfər isə yaralanıb.   

Seçilən
17
1
referans.az

2Mənbələr