AZ

Bu il Azərbaycanda qış sərt keçəcək?

Son illərin statistikasına nəzər saldıqda demək olar ki, hər yay fəslində rekord dərəcə istilər qeydə alınır. 

Yəni hər yay fəsli əvvəlki illə müqayisədə daha isti keçir. Hətta son illərdə bir neçə dəfə dünya üzrə rekord istilərin yaşandığı açıqlanıb.

Məhz ölkəmizdə də yay fəslinin qarşıdan gələn günlərində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

Hazırda insanlar arasında belə fikirlər var ki, yay nə qədər isti keçsə, qış bir o qədər sərt keçir.

Maraqlıdır, həqiqətən də qızmar istilər qışın sərt keçəcəyindən xəbər verir?

Meteoroloq Cavidan Əliyev “Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, avqust ayında havanın temperaturu daha da yüksələcək:

“Avqustun əvvəlində Ərəbistan yarımadasından daxil olan qaynar hava kütlələri temperaturu bir qədər də yüksələcək.Bakıda havanın temperatur 37-40, Aran rayonlarında 40-43, dağlıq rayonlarda 31-36, Böyük Qafqazın cənub yamacı olan Qəbələ, Şəki, Oğuz, Zaqatala rayonlarında 39 dərəcəyədək yüksələcək”.

Meteoroloq qeyd ki, yayın necə keçməsi qışın sərtliyinə təsir etmir, bu, atmosfer və okean faktorlarından asılıdır:

“Yayın isti keçib-keçməməsinin qışın sərtliyi ilə bir əlaqəsi yoxdur, qışın sərt və ya mülayim keçməsi ümumi atmosfer dövranı, okean sularının temperaturu ilə əlaqədar olur. Çox isti yaydan sonra mülayim qışlar müşahidə etmişik və ya əksinə də olub. Odur ki, yayın necə keçməsinin qışın sərtliyi ilə əlaqəsi yoxdur”.

Seçilən
14
cebheinfo.az

1Mənbələr