Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 27,5 milyon ABŞdolları dəyərində kartof ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayınaistinadən xəbər verir.
Məlumata görə, kartofun ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 7 milyon ABŞ dolları və ya 34,1% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 20,5 milyonABŞ dolları dəyərində kartof ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.