"Difai" klubunda daha iki ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, I liqa təmsilçisi Murad Şirinov və Seymur Rəhimovla vidalaşıb. Klub göstərdikləri xidmətlərə görə adıçəkilən futbolçulara təşəkkürünü bildirib.
Qeyd edək ki, "Difai" bunadək Ceyhun Muxtarlı, Ömər Məmmədzadə, Rəvan Əvəzov, Riad Abbaszadə, Əbil Əbilov və Mahir Həsənovla da yollarını ayırıb.