AZ

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Bakı, 31 iyul, AZƏRTAC

Avqustun 6-sı saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqustun 11-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə linkə daxil olaraq tanış ola bilərsiniz.

Seçilən
54
49
azertag.az

10Mənbələr