Bakı. Trend:
Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarındayüksək nəticələrə imza atıblar.
Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, onlar müxtəlif yaşqrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medalqazanıblar.
Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.
Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2qızıl və 1 bürünc mükafat əldə olunub.