AZ

Lukaşenkodan Qərbə siqnal: “Hazırıq”

Belarus Qərb ölkələri, o cümlədən miqrasiya siyasəti sahəsində dialoqa açıqdır. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə bəyan edib.

KONKRET.az xəbər verir ki, Lukaşenko bir neçə il əvvəl Minsk şəhərinin qeyri-qanuni miqrant axınına qarşı Avropa İttifaqını faktiki olaraq müdafiə etdiyini xatırladıb.

“Onlar (Avropa İttifaqı) bizə qarşı tamamilə əsassız və qeyri-qanuni sanksiyalar tətbiq etdilər. Mən də açıq şəkildə dedim: boğazımda kəndirlə sizi qorumağa davam etməyəcəyəm. Üstəlik, siz özünüz miqrasiya siyasəti üzrə bizimlə münasibətləri pozmusunuz”, – deyə Belarus lideri vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr