AZ

Foreign Affairs: Çin Ukraynada nə istəyir?..

Pekinin ambivalent mövqeyi onun rolunu məhdudlaşdırır...

Çin siyasətçiləri, tədqiqatçıları və ümumilikdə ictimaiyyət arasında Ukraynadakı müharibəyə yanaşma və reaksiyaya dair vahid fikir mövcud deyil.

Poliqon xəbər verir ki, bu barədə Foreign Affairs nəşri yazır.

Bəzi siyasətçilər və vətəndaşlar bu münaqişəni iki suveren dövlət arasında gedən müharibə kimi görür və Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozduğunu düşünürlər. Digərləri isə Rusiyanın addımlarına anlayışla yanaşır, çünki hesab edirlər ki, Çin də Qərbin təzyiqlərinə məruz qalır və onun qarşısını almağa çalışırlar.

Çinin son üç ildə Ukraynadakı müharibəyə qarşı qeyri-müəyyən mövqeyi ölkə daxilindəki bu fikir ayrılıqlarını əks etdirir. Burada sadəcə düşərgələr arasında fikir fərqləri deyil, həm də əksər siyasətçilərin hər iki baxışı qəbul edib, bir tərəfi digərinə qurban vermək istəməməsi əsas rol oynayır.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr