AZ

Dövlət Neft Fondunun səhmlər üzrə gəlirliliyi azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üzrə səhm və borc öhdəlikləri altportfellərində idarə olunan aktivlərin həcmi artsa da, qlobal səhm bazarlarında baş verən korreksiya fonunda gəlirlilik göstəricilərində azalma müşahidə olunub.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının açıqladığı rəydə qeyd olunur.

Fondun qlobal bençmarkları izləyən əsas idarəediciləri üzrə gəlirlilik 2023-cü ildəki 22.9%-dən 2024-cü ildə 19.8%-ə geriləyib. Müvafiq dövrdə bençmark üzrə göstəricilər 22.8%-dən 19.7%-ə düşüb.

Eyni zamanda, hesabat ilində yeni investisiya meneceri – “JP Morgan” BANKINA 200 mln. avro məbləğində vəsait ayrılıb. Gəlirlilik cəmi 3.5% təşkil edib.

Hesablama Palatası nəticə kimi qeyd edib ki, 2024-cü ildə İnvestisiya Siyasəti çəçivəsində Fondun alt portfelləri arasında yönləndirmə ilə borc öhdəlikləri və pul bazarları alt portfeli hesabına daşınmaz əmlak, özəl səhm və qızıl alt portfellərinə əlavə yatırımlar edilmiş, kotirovka olunan səhm alt portfelində isə heç bir yeni investisiya və ya likvidasiya həyata keçirilməmişdir. Büdcədənkənar gəlir komponenti olaraq digər valyutalar ABŞ dollarına qarşı dəyər itirmişdir ki, bu da qızıl alt portfelindəki qiymət artımı ilə kompensasiya edilmişdir. Fondun büdcə gəlirlərinin böyük hissəsi nəğd daxilolmalar hesabına formalaşmış, lakin Fondun büdcə xərclərinin bir qismi (383,9 mln. ABŞ dolları) nəğd pul axınları ilə əhatə olunmadığından, bu vəsaitlər borc öhdəlikləri və pul bazarları alt portfelindən təmin edilmişdir.

Həmçinin, 2024-cü il ərzində Fondun borc öhdəlikləri və pul bazarları alt portfelində aşağı riskli, yüksək reytinqli aktivlərin payı azalmış, bunun əvəzində daha aşağı reytinqli aktivlərə yönəlim artmışdır.

 

Seçilən
4
banker.az

1Mənbələr