AZ

ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı indiyə qədər tətbiq edilmiş ən böyük sanksiya paketinin həyata keçirildiyini açıqlayıb.

Editor.az bu barədə ABŞ mediasına istinadla xəbər verir.

Yeni sanksiyalar İranın ali dini lideri Xamneyinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şəmxani ilə əlaqəli 50-dən çox şəxs və təşkilatı hədəf alır.

“Bu gün tətbiq edilən 115-dən çox sanksiya, Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyasına başlamasından bəri ən böyük sanksiyalardır. Bu tədbirlər Tehranın ABŞ təhlükəsizliyinə təhdidindən faydalanan rejim elitalarını hədəf alaraq Amerikanın maraqlarını prioritetləşdirir”,-deyə bildirilib.

Xarici Aktivlərə Nəzarət İdarəsinin verdiyi açıqlamaya görə, ABŞ Şamxaninin oğlunu İran və Rusiyadan neft, neft məhsulları və digər malları dünya üzrə alıcılara daşıdığı iddia edilən böyük tanker və konteyner gəmiləri donanması qurmaqda və idarə etməkdə ittiham edir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr