Hindistanın dövlət neft emalı zavodları ABŞ Prezidenti Donald Trampın 100 faiz tarif tətbiqi hədələrindən sonra tədricən Rusiya neftinin alışını dayandırır.
Xezerxeber.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
"Indian Oil Corp", "Hindustan Petroleum Corp", "Bharat Petroleum Corp" və "Mangalore Refinery Petrochemical Ltd" dövlət neft emalı zavodları Rusiyadan neft alışını dayandırıb.
Qeyd olunur ki, Hindistan neft emalı zavodları tədarükləri əvəz etmək üçün Əbu-Dabi və Qərbi Afrika xam neftindən istifadəyə keçib.