AZ

Azad edilmiş ərazilərdə hotellərin ƏDV-ni geri qaytarması imkanları dəyərləndirilib

Bakı. Trend:

Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərənhüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənintəşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri iləgörüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumatagörə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi ƏləkbərMəmmədov və baş idarənin əməkdaşları iştirak edib.

Məlumata əsasən, tədbir iştirakçılarına işğaldan azad edilmişərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən,rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergiödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığortahaqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda, fizikişəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilərdaxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər)tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilənƏDV-nin geri qaytarılması barədə məlumat verilib.

Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfatsubyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın vəPOS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrininbağlanması, o cümlədən, vergi hesabatlarının Vergi Məcəlləsindənəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdimedilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinəçatdırılıb.

Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflıcavablandırılıb.

Seçilən
47
6
az.trend.az

8Mənbələr