AZ

Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 76,2 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,4% və ya 25,2 milyon dollar artım deməkdir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyul ayı üzrə “İxrac icmalı”nda məlumat verilib. 

2024-cü ilin ilk yarısında meşə fındığı ixracı 51 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk altı ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq 1,8 milyard dollar olub.

Gülnar 

Seçilən
3
anews.az

1Mənbələr