AZ

Qəzzada şəhidlərin sayı 60 minə yüksəlib

Ajans.az xəbər verir ki,  Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, sionist rejimin davam edən hücumlarında baş verən insan tələfatı və yaralanmalara dair son məlumatlar paylaşılıb. Nazirliyin açıqlamasında bildirilib ki, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 101 şəhid və 625 yaralı daxil olub. İşğalçı İsrail ordusunun 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 9 min 71 fələstinlinin həyatını itirdiyi, 34 min 853 mülki şəxsin isə yaralandığı qeyd olunub.

Sionist rejimin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda şəhidlərin ümumi sayının 60 min 239-a, yaralıların sayının isə 146 min 894-ə çatdığı bildirilib.

Seçilən
10
Ajans.az

1Mənbələr