AZ

Almaniyadan Fələstin dövlətinin tanınması barəsində bəyanat

Hurriyyet.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fələstinin dövlət kimi tanınması prosesinin artıq indi başlanmalı olduğunu bəyan edib. O, Fələstinin dövlət kimi tanınması vaxtının hələ tam yetişmədiyini, lakin iki dövlətin yaradılması prosesinin artıq indi başlanmalı olduğunu söyləyib.

Nazir deyib: "Danışıqlar yolu ilə əldə edilmiş ikidövlətli həll qərarı hər iki tərəf üçün sülh, təhlükəsizlik və ləyaqətə aparan yeganə yoldur. Almaniya üçün Fələstinin tanınması daha çox prosesin finalıdır. Lakin bu prosesi dərhal başlamaq lazımdır".

Nazirin sözlərinə görə, BMT-nin bu yaxınlarda keçirilən konfransı İsrailin getdikcə daha tez-tez beynəlxalq izolyasiyaya düşməsini göstərib.

Vadeful söyləyib: "İsrail hökumətinin bəzi üzvlərinin ilhaqla bağlı açıq çağırışları fonunda, getdikcə daha çox Avropa ölkəsi hətta əvvəlcədən danışıqlar olmadan belə Fələstini tanımağa hazırdır".

Hürr Tərcüman

 

Seçilən
12
hurriyyet.az

1Mənbələr