"Napoli"nin hücumçusu Ciacomo Raspadori karyerasını İspaniya çempionatında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, italyan futbolçunun xidmətində Madridin "Atletiko"su maraqlıdır.
"Atletiko"nun rəhbərliyi Neapol təmsilçisi ilə danışıqlara başlayıb. İtalyan klubu, Raspadorini 30 milyon avro qarşılığında satmağa razıdır, bonuslar nəzərə alınmadan. Lakin "Napoli", danışıqlar müsbət nəticələnərsə, Madrid klubuna qiymətini 5 milyon avro endirməyə hazırdır.
Raspadori 2023-cü ildən "Napoli"nin formasını geyinir. Keçən mövsümdə o, 29 oyunda 6 qol vurub və 2 asist edib. Həmçinin, futbolçunun İtaliya millisi ilə 40 oyunda 9 qolu var.