AZ

Hotelçilik sahəsində fəaliyyət göstərən vergiödəyiciləri ilə görüş keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergiödəyiciləri ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergiödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV-nin geri qaytarılması barədə məlumat verilib.

Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanması, o cümlədən vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergiödəyicilərinin diqqətinə çatdırılıb.

 

Seçilən
24
6
azertag.az

7Mənbələr