AZ

“ABŞ bunu tələb etdiyi müddətcə heç bir razılaşma mümkün deyil”

“ABŞ nüvə danışıqlarına başlamazdan əvvəl 12 gün davam edən münaqişənin vurduğu zərərləri ödəməyi qəbul etməlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

O, İranın nüvə danışıqları ilə bağlı mövqeyindən danışarkən qeyd edib ki, Tehran Tramp administrasiyası ilə danışıqların bərpası üçün mövqeyini sərtləşdirib və yeni şərtlər irəli sürüb.

“Gələcəkdə bu cür hücumların təkrarlanmayacağına dair bizə zəmanət verilməlidir. Biz onlardan real, etimadı artıracaq addımlar gözləyirik. Tramp administrasiyası İranın uranı sıfır səviyyəsində zənginləşdirməsini tələb etdiyi müddətcə heç bir razılaşma mümkün deyil. Həmçinin avropalılarla danışıqlar aparmaq üçün də hazırda heç bir səbəb yoxdur, çünki onlar nə sanksiyaları ləğv edə bilirlər, nə də başqa bir şey etməyə qadirdirlər. Onlar sanksiyaların bərpası mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu olacaq”, - İran XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, iyulun 25-i İstanbulda İran, Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqlarının bərpası ilə bağlı görüş keçirilmişdi. Görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevənçi və Kazem Qaribabadi təmsil etmişdi.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr