AZ

Azərbaycanın suveren fondu Londondakı ofis kompleksindən $25 mln. gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “St James” ofis kompleksi üzrə 2024-cü ildə ümumi 18.9 milyon funt sterlinq ($25.05 mln.) gəlir əldə edilib.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının açıqladığı rəydə qeyd olunur.

Məlumata görə, binanın bazar dəyəri 2024-cü ilin sonuna 195.8 milyon fun və ya 259.08 dollar təşkil edib.

Bazar dəyərinin artımından yaranan gəlir 12.55 milyon funt təşkil edib.

“St James’s Place” və onun ətrafı, Londonun Vest-End məhəlləsində yerləşir və yüksək sinif ofis və maliyyə fəaliyyətləri üçün strateji əhəmiyyət daşıyır. Bu ərazidə arasında “Condé Nast”, “Artemis Fund Management”, “Citibank” kimi beynəlxalq şirkətlər fəaliyyət göstərir və ətrafında lüks mehmanxanalar, üzvlük klubları (məsələn, “White’s”, “Boodle’s”) yerləşir.

Seçilən
6
6
banker.az

7Mənbələr