AZ

Lavrov: Suriya keçid dövrü çətinliklərini dəf edəcək

Rusiya tərəfi vətəndaşlarının və obyektlərinin təhlükəsizliyini təmin etdiyinə görə Suriya hakimiyyətinə minnətdardır. Bu barədə iyulun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada suriyalı həmkarı Əsəd Həsən əl-Şeybani ilə görüşündən sonra mətbuat konfransında bildirib. 

Xəbəri “İzvestiya.ru” verib. 

Lavrov qeyd edib ki, Əs-Suveyda əyalətində vəziyyətin kəskin şəkildə gərginləşməsi Suriya rəhbərliyinin və cəmiyyətinin üzləşdiyi problemlərin davamlılığını nümayiş etdirib. XİN rəhbəri ümidvar olduğunu bildirib ki, keçid dövrü şəraitində respublika yaranan bütün çətinlikləri dəf edəcək.

Onun sözlərinə görə, Rusiya Suriyada gedən keçid proseslərini diqqətlə izləyir.

“Biz çoxdankı dostumuz olan Suriya xalqının bütün mövcud çətinliklərin öhdəsindən gəlməsini və vəziyyəti tamamilə normallaşdırmasını səmimi qəlbdən arzulayırıq”, - Lavrov qeyd edib.

Suriyalı nazir, öz növbəsində, respublikanın Dəməşq və Moskva arasında səmimi qarşılıqlı əlaqənin qurulmasında maraqlı olduğunu qeyd edib. Bundan əlavə, o qeyd edib ki, Suriya dövlət təhlükəsizlik sisteminin sabit fəaliyyətini təmin edə bilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
21
xalqqazeti.az

1Mənbələr