AZ

Kreml “Vaqner”i yeni hərbi kontingentlə əvəz edir - Britaniya Müdafiə Nazirliyi

2023-cü ildə baş verən qiyamdan sonra Rusiya hakimiyyəti xaricdə təhlükəsizlik üzərində nəzarəti daha da gücləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində (keçmiş Twitter) paylaşdığı son kəşfiyyat bülletenində bildirib.

Nazirliyin məlumatına görə, 2025-ci ilin iyun ayında Rusiya Müdafiə Nazirliyi “Vaqner” muzdlu qrupunu tamamilə Malidən çıxarıb və onu "Afrika korpusu" adlandırılan yeni hərbi kontingentlə əvəz edib:

“Yeni kontingentin sayı təxminən 2 min hərbçidən ibarətdir. Müqayisə üçün, daha əvvəl bu ölkədə “Vaqner”in 2,5 minədək döyüşçüsünün fəaliyyət göstərdiyi bildirilir.

Eyni zamanda, Rusiya bölgəyə 100-dən çox ağır texnika – əsas döyüş tankları, reaktiv yaylım atəş sistemləri (RSZO) və taktiki bombardmançı təyyarələr yerləşdirib. Bu isə Rusiyanın Malidəki hərbi iştirakının əhəmiyyətli dərəcədə gücləndirilməsi deməkdir”.
 

Britaniya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Moskva “Vaqner” döyüşçülərini ardıcıl olaraq dövlət strukturları ilə əvəz edir. Bu proses 2023-cü ildə Suriyada, 2024-cü ildə Liviyada baş tutub, indi isə Maliyə çatıb:


“Buna baxmayaraq, “Vaqner” qrupu hələ də Mərkəzi Afrika Respublikasında və Belarusda aktivliyini saxlayır. Kəşfiyyat məlumatlarına görə, bu ölkələrdə müvafiq olaraq 2 min və 300 döyüşçü fəaliyyət göstərir.

Bütün bu dəyişikliklər “Vaqner”in bəzi regionlarda nisbi muxtariyyətini saxladığını göstərsə də, qrupun ümumi miqyası və nüfuzu 2022–2023-cü illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb”.

Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr