Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl jurnalist Özlem Gürsesin suallarını cavablandırarkən prezident seçkiləri ilə bağlı mühüm açıqlama verib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyənin həbsdə olan sədri Əkrəm İmamoğlunun namizəd olmadığı ssenaridə özü də namizədliyini irəli sürməyəcək.
CHP lideri onu da vurğulayıb ki, namizəd partiyanın bütün üzvlərinin iştirakı ilə müəyyən ediləcək:
“Ən doğru namizədi seçərik” deyəndə elə bilirlər ki, mən özüm namizəd olacağam. Əgər İmamoğlu ola bilməzsə, kim bu işi uğurla yerinə yetirə biləcəksə, həmin şəxs namizəd olacaq.”
Özəlin sözlərinə görə, namizəd seçimində cinsiyyətə görə heç bir məhdudiyyət qoyulmayacaq: “Cinsiyyət məhdudiyyəti də yoxdur.”