AZ

Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur

Əmək qanunvericiliyinin pozulması məsələlərində ən çox rast gəlinən hallardan biri də çoxuşaqlı analara uşaqların sayına görə əlavə məzuniyyətin verilməməsi hallarıdır.

"Report" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səlimə Quliyeva "Dost tv"nin efirində deyib.

O qeyd edib ki, hazırda vətəndaşların şikayətləri arasında əmək qanunvericiliyi çərçivəsində məzuniyyət hüquqlarının pozulma halları üstünlük təşkil edir:

"Nəinki digər işçilər, hətta hamilələrin belə əmək müqaviləsi bağlanmadan işə cəlb olunması halları baş verir. Hüquqları pozulan işçilərin şikayəti əsasən əmək qanunvericiliyin pozulması halında işəgötürənlər İnzibtai Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilir və ya məsuliyyətə cəlb edilirlər".

Seçilən
14
12
report.az

10Mənbələr