Yaponiya səfirliyinin Saxalinə verdiyi hədiyyəni geri qaytarmaq tələbi Rusiyanı təəccübləndirib.
Publika.az xəbər verir ki, sözügedən model 2001-ci ildə Saxalində Yapon İnformasiya Mərkəzinin açılışı münasibətilə Tokio tərəfindən verilmiş “Kinkakuji - Qızıl pavilyon”dur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya tərəfi belə qəribə tələbdən təəccübləndiyini bildirib.
“Qızıl Pavilyon” 20 ildən artıqdır ki, Saxalindəki regional elmi kitabxanada eksponat olub. Yaponiya onun geri qaytarılmasını 25 iyul 2025-ci ildə istəyib. Ölkənin Xarici İşlər Nazirliyi Rusiya tərəfinin modeli rəsmi hədiyyə kimi qiymətləndirdiyini vurğulayıb.