AZ

"Qarabağ"ın "Şkendiya" ilə səfər və ev oyunlarının təyinatları açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna təyinatlar açıqlanıb.

Fanat.Az xəbər verir ki, Skopyedəki ilk duel slovakiyalı, Bakıdakı cavab qarşılaşması isə niderlandlı hakimlər briqadasına tapşırılıb.

"Qrabağ"ın səfər oyununda əsas söz sahibi İvan Krujlyak olacaq. Ona Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. Görüşün VAR hakimi Mihal Oçenaş, AVAR hakimi isə Boris Marhefkadır.

Bakıda baş tutacaq görüşü Danni Makkeli idarə edəcək. Köməkçilər Hessel Steeqstra və Yan de Vris olacaq. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. Bu qarşılaşmanın VAR hakimi Dennis Hiqler, AVAR hakimi isə Riçard Martens olacaq.

Qeyd edək ki, komandalar arasında avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 20:00-da başlayacaq.

Seçilən
15
10
fanat.az

10Mənbələr