AZ

Qarışıq oyunun səssiz aktoru: Kreml Suriyada yenidən mövqe qaza biləcək?

Aydın Sezer: Əhməd əş-Şaara Moskvaya gedərək Putinlə görüşərsə, o zaman tərəflərin münasibətləri yenidən normallaşacaq

Türkiyə Suriya mövzusunda Rusiya ilə münasibətlərini  normal tutmağa çalışır

 Suriyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklər davam etdikcə Rusiyanın təsiri az da olsa qalacaq

“Dəməşq Suriya ilə Rusiya arasında düzgün qarşılıqlı əlaqənin qurulmasında maraqlıdır”.
Bunu Suriya xarici işlər naziri Əsəd Şibani Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
“Rusiya və Suriya xalqları arasında münasibətlər tarixi xarakter daşıyır. Əlbəttə, bu münasibətləri müəyyən edən və çətinləşdirən bir sıra məqamlar var. Bu gün biz yeni Suriyanı təmsil edirik və biz ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan düzgün qarşılıqlı fəaliyyət və münasibətlərin qurulmasında maraqlıyıq”, - nazir bildirib.

Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a bildirib ki, Suriyanın yeni rejimi ilk dəfə Rusiya ilə dioloq məsələsində açıq hərəkət edir:

“Putin daha öncə Əhməd əş-Şaara ilə telefonla danışıb. Suriyanın bütün pulları hələ də Rusiyadan göndərilir. Həmçinin Suriyadakı Rusiya bazaları hələ də mövcudluqlarını qoruyurlar. Hətta dah öncə Akdeniz sahilindəki ələvi qətliamlardan qaçan suriyalılar rus bazalarına sığınmışdı. Eyni zamanda ötən ay ruslar ələvi mülkilərin qorunması üçün Suriyadakı iki bazanın kənarına çıxaraq təhlükəsizlik nöqtləri yaratmağa başladılar. Digər tərəfdən Amerika, İngiltərə və Avropa Birliryi Əş-Şaara hakimiyətindənRusiya ili əlaqələrə məsafə qoymaqlarını və rus bazalarını bağlamalarını istəyir. Buna görə də yeni Suriya hökuməti Moskva ilə əlaqələri ikinci plana keçirmişdi. Lakin Rusiyanın region ölkələriylə münasibətləri, xüsusilə Suriyadakı son daxili qarışıqlıqlarda rejimin istiqrarsızlığı Suriyanın siyasi gələcəyini qeyri-müəyyənliyə aparır. Rusiya isə məhz bu nöqtədə önəm qazanır. Çünki Suriyanın daxilindəKremlin  idarə edəcəyi güclər var. Məsələn, cənubdakı bəzi silahlı qrupların hələ də Rusiya ilə yaxın münasibətləri mövcuddur. Həmçinin kürdlər də Rusiya ilə münasibətləri tamamilə kəsməyib. Kürdlər nə qədər də Amerika ilə çox yaxın münasibətdə olsalar da, ABŞ və kürdlər arası uyğunsuzluqlar Rusiyanın yenidən rol oynamasına gətirib çıxara bilər. Bu kotekslər nəzərə alındıqda yeni Suriya höküməti  Rusiya ilə münasibətləri genişləndirmək istəyir. Rusiya da bunu gözləyirdi. Lavrov heç vaxt yeni hökümətlə görüşmək üçün Şama getmədi. Ancaq dünən Suriya xarici işlər naziri ilə Lavrov görüşündə irəlidəki günlərdə Rusiyada baş tutacaq“Rusiya Ərəb Birliyi Zirvəsi”nə Əhməd əş-Şaaranın şəxsən dəvət edildiyini öyrəndik. Bu səfər əgər baş tutarsa və Əhməd əş-Şaara Moskvaya gedərək Putinlə görüşərsə, o zaman tərəflərin münasibətləri yenidən normallaşacaq. Lakin Colani hakimiyyəti ABŞ-nin təsirində oldu]una görə bu çox da asan olmayacaq”. 

Aydın Sezer qeyd edib ki, Türkiyə, İran və Rusiya Suriyada uzun illər birlikdə hərəkət edib:
“Lakin Əsəd rejiminin devrilməsiylə bu sona çatdı. Digər tərəfdən Türkiyə hər zaman kürdlərlə bağlı məsələlərdə təhlükəsizlik səbəbi ilə çox həsasdır. Biz kürdlərin Fransa və ABŞ münasibətlərindən əlavə zaman-zaman Rusiyadan dəstək istədiyinin də şahidi oluruq. Məsələn, son Süveyda hadisələrindən sonra Ərdoğan-Putin görüşü həyata keçdi. Mu mənada Türkiyə-Suriya birliyi Əş-Şaara üzərindən Amerika ilə iş birliyi edərkən, digər tərəfdən daxili qarışıqlıqların necə olacağı mövzusunda bəzi suallar qalmaqda davam edir. Bu səbəblə Türkiyə Suriya mövzusunda Rusiya ilə münasibətlərini  normal tutmağa çalışır. Çünki Türkiyə gələcəkdə Rusiyaya ehtiyac duya bilər. Rusiya isə Suriyada Türkiyənin təsirini bildiyi üçün onu sıradan çıxartmağa çalışmır. Ümumiyyətlə Suriyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklər davam etdikcə Rusiyanın təsiri az da olsa qalacaq. Hətta yaxın günlərdə keçmiş dövlət başçısı Bəşər Əsədin teleziya proqramına çıxaraq Suriyadakı hazırkı vəziyyətlə bağlı düşüncələrini açıqlaması gözlənilir”. 

Kəmalə Vəliyeva
Seçilən
10
sherg.az

1Mənbələr