İsveç krallığın Minskdəki keçmiş səfiri Kristina Yohannessonu Moskvaya yeni səfir təyin edib.
Bakues.az xarici KİV-ə xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Hökumət Kristina Yohannessonu Moskvada səfir təyin edib. O, payızda işə başlayacaq”, – məlumatda qeyd olunub.
Daha əvvəl K.Yohannesson Sankt-Peterburqdakı baş konsulluqda, Moskvadakı səfirlikdə və Avropa İttifaqının Brüsseldəki nümayəndəliyində işləyib. Hazırda o, ölkənin Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı ilə bağlı məsələlərlə məşğul olur.