AZ

Hindistan Trampın bəyanatlarından sonra geri addım atdı - Rusiyadan neft alışını dayandırdı

Hindistanın dövlətə məxsus neft emalı şirkətləri – Indian Oil Corporation (IOC), Hindustan Petroleum (HPCL), Bharat Petroleum (BPCL) və Mangalore Refinery and Petrochemicals Ltd (MRPL) Rusiyadan neft idxalını müvəqqəti olaraq dayandırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

Mənbə qeyd edir ki, bu addım ABŞ prezidenti Donald Trampın Moskva ilə əməkdaşlıq edən ölkələrə qarşı 100%-lik gömrük rüsumları tətbiq etməklə hədələməsi və Rusiya neftinə edilən endirimlərin azalması fonunda atılıb.

Reuters bildirir ki, sözügedən dövlət şirkətləri Rusiya neftinin əvəzinə xammalı Qərbi Afrika və Yaxın Şərq ölkələrindən almağa başlayıblar.

Qeyd etmək lazımdır ki, ölkənin ümumi neft emalı gücünün 60%-dən çoxu məhz bu dövlət şirkətlərinin nəzarətindədir. Buna baxmayaraq, Rusiyadan neft idxalını hələlik davam etdirən əsas alıcılar Hindistanın özəl sektoruna məxsus Reliance Industries və Nayara Energy şirkətləridir.

Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr