AZ

Türkiyə səfirinin bu açıqlaması 8 Noyabr zəfərinin ümumtürk əhəmiyyətinin isbatıdır

Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə bağlı maraqlı və bir o qədər də qürurverici fikirlər səsləndirib. Hörmətli səfir qeyd edib ki, Azərbaycanın bu qələbəsi türk dünyasında birliyə cəsarət verib, onun həmrəyliyinin artmasına səbəb olub:

“2020-ci ildən, yəni Qarabağın azadlığa qovuşmasından sonra Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri bu xəyalı konkret layihələrə çevirən ümumi idealları əks etdirir. 2021-ci ilin iyun ayında Şuşa Bəyannaməsi imzalandı, həmin il noyabrın 12-də İstanbulda Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildi, TDT ilə bağlı fikir artıq tətbiq mərhələsinə keçdi. Niyə daha əvvəl deyil, məhz o tarixdə deyə soruşsanız, düşünürəm ki, bu, Qarabağ Zəfərinin nəticəsi idi. Bu mənada da Azərbaycanın qələbəsi türk dünyasında birliyə, inteqrasiyaya da cəsarət verdi. Mən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin bu məsələdəki qərarlılığının digərlərini də razı salmaqda mühüm rol oynadığını yaxşı bilirəm”.

Göründüyü kimi, Türkiyə səfiri 8 Noyabr zəfərinin miqyas və əhəmiyyətinin Azərbaycanla məhdudlaşmadığını, bu qələbənin nəticəsindən bütün türk dünyasının faydalandığını bildirir. Birol Akgül öz fikrini əsaslandırmaq üçn Türk Dövlətləri Təşkilatının fəaliyyətində baş verən praktiki hərəkətliliyə diqqət çəkib, türk dünyasının inteqrasiyasının 44 günlük Vətən müharibəsindən sonra gücləndiyini vurğulayıb.

Qardaş Türkiyə səfirinin bu açıqlaması Azərbaycanın erməni faşizmi və onun himayədarları üzərində əldə etdiyi 8 Noyabr zəfərinin ümumtürk əhəmiyyətinin isbatı, növbəti təsdiqidir.

Həqiqətən də, Azərbaycanın qələbəsi türk dünyasının birliyinə, onların inteqrasiyasına təkan vermiş, ilk növbədə türk xalqlarının özülərinə inam hissini gücləndirmişdir.

8 Noyabr qələbəsi Azərbaycanın timsalında sübut etdi ki, türk dünyası öz ərazi bütövlüyünü, suverenliyini, ləyaqət və şərəfini qorumağa qadirdir və heç bir güc türkə məxsus olanı türkün əlindən ala bilməz. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, kimsənin Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməcəyəcəyini göstərdi. 8 Noyabr zəfəri bütün dünyanı Azərbaycanın, onun simasında bütün türk dnyasının qələbəsi ilə hesablaşmağa vadar etdi.

Bu gün türk dünyasının inteqrasiyası sürətlə davam etməkdə, türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq genişlənməkdədir. Bu isə o deməkdir ki, türk dünyası yaxın gələcəkdə öz qüdrətini daha da artıracaq və anti-türk qüvvələrinin bütün təxribatlarını bundan sonra da qətiyyətlə dəf edəcək.

Seymur ƏLİYEV

 

Seçilən
5
moderator.az

1Mənbələr