AZ

“Adam yerinə qoyub dəvət ediblər, sən şərt kəsirsən”

Aparıcı-prodüser Tarix Əliyev müğənni Rza Tamerin lirə Azərbaycanda keçmədiyi üçün Bakı konsertini ləğv etməsinə irad bildirib.

OLAY yazır ki, bu barədə o, instaqramda video paylaşıb. Tolik bildirib ki, heç bir müğənninin ölkənin daxili siyasətinə qarışmağa haqqı yoxdur:

“Rza Tamer adlı küçə müğənnisi... Hansı ki, Türkikyədə  küçə musiqisi ilə məşğul olub, şansı gətirib, hansısa müğənni ilə duet oxuyub. Şərt qoyub ki, Türkiyə pulunun keçmədiyi ölkədə konsert verməyəcək. Bəzi özəl restoranların müdirlərinə səslənirəm, hər küçədən keçəni Azərbaycana bəh-bəhlə gətirib, başımıza otuzduracaqsızsa, daxili işlərimizə burunlarını soxacaqlarsa, biz də sizi boykot edəcəyik. Statusundan asılı olmayaraq heç bir sənətçi ölkənin daxili siyasətinə qarışa bilməz. Bu ölkəyə Cennifer Lopez, Elton Con, Ledi Qaqa, Riki Martin, Tarkan, Sibel Can, İbrahim Tatlıses, Ebru Gündeş kimi sənətçilər gəlib. Küçə müğənnisi olmaq ayıb deyil. Amma bunun küçə söhbətinə bax? Sən kimsən? Səni hələ adam yerinə qoyub dəvət edirlər, sən şərt kəsirsən. Sən get öz ölkəndəki problemləri həll etməyə çalış, gör, sözün haradasa keçir? Səni tanımıram, mahnını da bilmirəm. Bizim bəzi restoran işlədənlər, xüsusilə də “meyhane” tipli məkanlar Türkiyədə it dəftərində adı olmayanları gətirirlər, bəh-bəhlə sırıyırlar, bizim bəzi yiyəsiz qızlarımız onların qarşısında qışqırırlar. Onlar da elə bilirlər ki, bizim musiqidən anlayışımız yoxdur. Bundan sonra bu Rza Tameri kim Azərbaycana gətirsə, o restoranı boykot edək. Heç bir müğənninin həddinə deyil ki, ölkənin daxili siyasətinə qarışsın, valyuta məzənnəsi ilə şərt qoysun. Gitaranı götür mahnını oxu”.

Seçilən
27
2
olay.az

4Mənbələr