Səudiyyə Ərəbistanının Taif şəhərindəki əyləncə parkında attraksion qırılaraq yerə çırpılıb.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3-ü ağır olmaqla 23 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb, əyləncə parkı bir müddətlik bağlanıb.