AZ

“Qəzza böhranının yeganə yolu HƏMAS-ın təslimidir” - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Qəzzada yaşanan humanitar böhranla bağlı mövqeyini açıqlayıb.

News365.az xəbər verir ki, Tramp sosial media platforması Truth Social üzərindən paylaşım edərək HƏMAS-ı təslim olmağa və əsir saxlanılan girovları azad etməyə çağırıb.

“Qəzzadakı humanitar fəlakətə son qoymağın ən qısa yolu HƏMAS-ın silahı yerə qoyması və girovları azad etməsidir”, – deyə o vurğulayıb.

Trampın bu açıqlaması bölgədə artan gərginlik və beynəlxalq ictimaiyyətin artan təzyiqləri fonunda verilib.

News365.az 

Seçilən
9
news365.az

1Mənbələr