AZ

Tramp Kanadanı təhdid etdi: Əgər bu baş versə...

ABŞ Prezidenti Donald Tramp Kanadanın sentyabr ayında Fələstin dövlətini tanıyacağını açıqlamasının bu ölkə ilə ticarət anlaşmasını çətinləşdirəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabından paylaşım edib.

Kanadanın Fələstini tanıyacağını bildirməsinə toxunan Tramp, “Bu, bizim onlarla ticarət anlaşmasına gəlməyimizi çox çətinləşdirəcək” ifadəsini işlədib.

Qeyd edək ki, Kanada Baş naziri Mark Karni, İsrailin Qəzzadakı fəaliyyətlərini pisləyərkən, sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstini “dövlət olaraq tanıyacaqlarını” açıqlamışdı.

Seçilən
0
cebheinfo.az

1Mənbələr