AZ

Həkim ani eşitmə itkisinin təhlükəli səbəbi barədə xəbərdarlıq etdi

Bəzi səslər kəskin akustik travmaya və nəticədə ani eşitmə itkisinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə otorinolarinqoloq və plastik cərrah Vladimir Belikov "RİA Novosti" ilə söhbətində xəbərdarlıq edib.

Belikovun fikrincə, yüksək tezlikli səslər eşitmə üçün aşağı tezliklilərdən daha təhlükəlidir.

"Yüksək tezlikli səslərə daimi məruz qalmaq yalnız eşitmə itkisinə səbəb ola bilməz, həm də baş ağrısı, başgicəllənmə, yorğunluq və yuxu problemlərinə səbəb ola bilər. Çox yüksək səsə bir dəfə məruz qalma - partlayış və ya atəş kimi - kəskin akustik travmaya və dərhal eşitmə itkisinə səbəb ola bilər", - otorinolarinqoloq izah etdi.

Həkim onu da qeyd edib ki, uzun müddət səs-küyə məruz qalmaq eşitmə üçün də təhlükəlidir - məsələn, səs-küylü yerdə və ya işdə işləmək, qulaqlıqda yüksək səslə musiqi dinləmək. Bunun sinir hüceyrələrinin zədələnməsi nəticəsində daimi eşitmə itkisinə səbəb ola biləcəyinə aydınlıq gətirən mütəxəssis səs-küydən yaranan eşitmə itkisinin nə konservativ müalicə, nə də cərrahi yolla müalicə edə bilməyəcəyini vurğuladı.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr