Milan "İnter"inin müdafiəçisi Yan Bissek karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Kristal Pelas" maraqlıdır.
Premyer Liqa təmsilçisi 24 yaşlı almaniyalı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Bu, İngiltərə klublarının Yan üçün indiyə qədər təklif etdikləri ən yüksək məbləğdir. Daha əvvəl A Seriyası təmsilçisi "Vest Hem"in 20 milyon avroluq təklifinə "yox" demişdi.
Qeyd edək ki, Bissek ötən mövsüm bütün turnirlərdə 46 matça çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətiniu 35 milyon avro ilə qiymətləndirir.
Nihat