AZ

Sürətə meydan oxuyan patent, yadplanetli şübhəsi və Çin

Sürətə

ABŞ-dan olan aerokosmik mühəndis Salvatore Pais iddia edir ki, Çin yadplanetli texnologiyalardan istifadə edə bilər. Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.Yaxın günlərdə çinli tədqiqatçılar IEEE Transactions on Plasma Science adlı elmi jurnalda “Termonüvə sintezi üçün plazma sıxma qurğusu” adlı məqalə dərc ediblər. Paisin fikrincə, bu məqalə Çində xaricdən – yəni yadplanetli mənbədən gələn texnologiyaların inkişaf etdirildiyini göstərir.Salvatore Pais hələ 10 il əvvəl, guya işıq sürətini aşan uçuş aparatı üçün patent almışdı. O zaman mühəndis yüksək intellektli yadplanetli varlıqların mövcudluğuna inandığını və onların uçuş aparatlarının da məhz bu prinsiplə işlədiyini demişdi.Ancaq elmi ictimaiyyət onu şübhəli və qeyri-ciddi alim hesab edir, çünki o yazdığı “effektin” mövcudluğu bu günə qədər elmi şəkildə sübut olunmayıb. Bu səbəbdən Paisin işləri nüfuzlu elmi jurnallarda çap olunmur.Buna baxmayaraq, 2019-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələri ona 508 min dollar vəsait ayıraraq yüksək enerjili elektromaqnit sahəsi generatoru hazırlamasını sifariş edib.Ulusum.az

Diqqət Çəkənlər

Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi

Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”

Kral VI Məhəmməd: "İki sürətli" Mərakeşə yer yoxdur

Seçilən
0
ulusum.az

1Mənbələr