Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq, təxminən 4,2 milyon ton təşkil edib.
Bu barədə Herbiand.az SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6% artım qeydə alınıb.