AZ

Yuxusuzluqla mübarizədə kömək edən üç gözlənilməz qida

İspaniyalı həkim Xose Manuel Felises yuxusuzluqdan əziyyət çəkənlərə axşam qidalanmasına fıstıq, banan və toyuq filesi əlavə etməyi tövsiyə edib.

AzPost xəbər verir ki, onun fikrincə, bu məhsullar yuxunu tənzimləyən təbii maddələrlə zəngindir.

Həkim qeyd edib ki, fıstıq melatoninlə zəngindir. Bu hormon insanın yuxu və oyanıqlıq dövrünü tənzimləyir və güclü antioksidant təsirə malikdir. Eyni zamanda fıstıqda olan maqnezium əzələləri rahatlaşdırır və sinir sistemini sakitləşdirir.

Bananda isə triptofan adlı amin turşusu çoxdur. Bu maddə serotoninin – əhval-ruhiyyəni və yuxunu tənzimləyən neyromediatorun – yaranmasına kömək edir. Felises axşam saatlarında banan yeməyi faydalı hesab edir.

Toyuq filesi də triptofanla zəngin olması ilə seçilir. Yağ miqdarı az olduğuna görə, bu məhsul axşam yeməyi və ya yüngül qəlyanaltı üçün ideal sayılır və ağırlıq hissi yaratmır.

Həkim Felises onu da vurğulayıb ki, düzgün qidalanma yuxusuzluqla mübarizədə yalnız bir amildir. Eyni zamanda yuxu rejiminə əməl etmək və axşam saatlarında ekran qarşısında keçən vaxtı azaltmaq da vacibdir.

AzPost.az

Seçilən
44
azpost.info

1Mənbələr