AZ

Londonda keçirilən “YAŞAT” yay məktəbinin iştirakçıları Azərbaycanın Londondakı səfirliyini ziyarət ediblər

London, 31 iyul, AZƏRTAC

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”, “Norm” ASC və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda keçirilən üçüncü “YAŞAT” yay məktəbi çərçivəsində iştirakçılar Azərbaycanın Londondakı səfirliyini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı şəhid övladları səfirlik əməkdaşları ilə görüşüb, onların gündəlik fəaliyyəti və xaricdə çalışan diplomatların işi barədə məlumat alıblar. Görüşdə gənclər suallar verib, öz təəssüratlarını bölüşüb və faydalı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyətlərarası mübadilədə aktiv iştiraklarını təmin etmək, asudə vaxtlarını səmərəli keçirmələrinə və yeni tanışlıqlar qurmalarına şərait yaratmaqdır. London Universitet Kollecində keçirilən proqram çərçivəsində iştirakçılar əvvəlcə ingilis dili səviyyə imtahanında iştirak edib, daha sonra hər gün 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
37
1
azertag.az

2Mənbələr