AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) Mərmərə dənizi sahillərində zəlzələ qeydə alındığını açıqlayıb.

Zəlzələ 3,5 bal gücündə olub və yerli vaxtla saat 13:36-da baş verib.

Yeraltı təkanların episentri İstanbulun Silivri rayonu, ocağı isə 9,91 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələ ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Milli.Az

Seçilən
52
2
milli.az

5Mənbələr